Məktəbdə yanğın - 4 nəfər təxliyə olundu
2024-12-02 10:25:26
Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində birmərtəbəli məktəb binasında elektrik lövhəsi və qoruyucu açar yanıb.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlər tərəfindən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Məktəb binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.