📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

2026-10-13 15:03:33

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Oktyabrın 12-də paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.

Polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.