📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəbəhazırlıq qrupları ləğv edilir?

2022-04-14 13:13:00

Məktəbəhazırlıq qrupları ləğv edilir?

“Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmayıb”.

Hurriyyet.az xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib.

O qeyd edib ki, bu gün fəaliyyət göstərən həmin qrupların sayı 1-5 yaşlı uşaqları tam əhatə etmir: “Ona görə də məktəblərin nəzdində həmin qrupların yaradılması da məhz bu boşluqları doldurmaq üçün nəzərdə tutulub. Bu səbəbdən hazırda uşaqların məktəbəhazırlıq səviyyəsində əhatəliliyi 90 % civarındadır. Bağçadakı uşaqları da bura əlavə etdikdə bu göstərici təxminən 65 % olur. Odur ki, məktəblərdəki qrupların ləğvi düzgün qərar olmaz”.