📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəbəhazırlıq üçün məktəb seçimi başlayır

2021-08-12 12:09:00

Məktəbəhazırlıq üçün məktəb seçimi başlayır

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçmiş valideynlər (digər qanuni nümayəndələr) 12 avqust saat 11:00-dan məktəb seçimi edə bilərlər.

 Təhsil nazirliyindən "Hürriyyət.az"a bildirilib ki, 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

 Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə  bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq. 

Qeyd edək ki, Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün xidmətləri təqdim edir.

YƏHYA