📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəbin qabağında dini şüarlar səsləndirdilər - Video

2026-10-12 16:22:39

Məktəbin qabağında dini şüarlar səsləndirdilər - Video

Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı qaydanı təsdiqləməsindən sonra bəzi məktəblərdə ictimai qaydanın pozulması halları müşahidə edilir.

Hurriyyet.net xəbər verir ki, bu gün səhər saatlarında Nardaranda 130 saylı tam orta məktəbdə bir qrup şəxs toplaşaraq təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, ictimai qaydanı kobud şəkildə pozub və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.

Onlar həmçinin radikal dini şüarlar səsləndiriblər.

Həmin görüntüləri təqdim edirik: