📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəbin qarşısında 7 yaşlı uşağı maşın vurub öldürdü

2023-05-01 11:45:00

Məktəbin qarşısında 7 yaşlı uşağı maşın vurub öldürdü

Bakıda 7 yaşlı uşağı orta məktəbin qarşısında maşın vurub.

Hurriyyet.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Elsevər Gülməli oğlu Dədəcanov özünə məxsus “Volksvagen” markalı avtomobillə Binə qəsəbəsində yerləşən 334 saylı məktəbin yaxınlığında hərəkətdə olarkən yolu sağdan sola doğru keçmək istəyən piyada – 2016-cı il təvəllüdlü İbrahim Orxan oğlu Məmmədovu vurub. Azyaşlı Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.