📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəblər noyabrda bağlanacaq? - Nazirlikdən AÇIQLAMA

2021-10-27 14:04:00

Məktəblər noyabrda bağlanacaq? - Nazirlikdən AÇIQLAMA

Sosial şəbəkələrdə müzakirələr zamanı noyabr ayından etibarən Azərbaycanda bütün orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi iddia olunur.

Hurriyyet.az xəbər verir ki, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Xəzər TV”də yayımlanan “Təsir Dairəsi” verilişində bu iddialara münasibət bildirib:

“Rəsmi onu deyə bilərəm ki, bu gün üçün belə bir qərar yoxdur. Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq. ÜST-ün tövsiyəsi ondan ibarətdir ki, təhsil müəssisələri sonda bağlanmalıdır”.