📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəblərin açılması yoluxma sayını artıracaq? - AÇIQLAMA

2021-09-23 11:31:00

Məktəblərin açılması yoluxma sayını artıracaq? - AÇIQLAMA

"Məktəblərdə müəllim kollektivi və digər əməkdaşlar da peyvəndləmədən keçiblər. Ona görə, məktəblərin açılması yoluxmanın yenidən alovlanmasına səbəb olmayacaq".

Hurriyyet.az xəbər verir ki, bu sözləri "ARB24"-də yayımlanan "İşgüzar səhər" verlişində qonaq olan həkim Ramin Nəriman bildirib.

Onun sözlərinə görə, uşaqlar arasında koronavirusa yoluxma nisbətən sürətlə yayılsa da, amma azyaşlılarda elə də problem yaratmayıb.