📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəbli oğlan bu səbəbdən öldürülübmüş: 5 güllə ilə... RƏSMİ

2021-11-19 13:00:00

Məktəbli oğlan bu səbəbdən öldürülübmüş: 5 güllə ilə... RƏSMİ

Noyabrın 18-də Orxan Kərimovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hurriyyet.az xəbər verir ki, Mingəçevir Şəhər prokurorluğundan Musavat.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.