📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məktəblilər Fransada daşı daş üstündə qoymur — Ölkə qan gölünə çevrilir

2026-10-06 12:03:58

Məktəblilər Fransada daşı daş üstündə qoymur — Ölkə qan gölünə çevrilir

1000-dən çox məktəb bağlandı, minlərlə saxlanılan var

Fransada yuxarı sinif şagirdlərinin artıq 15 gündür davam edən etiraz aksiyaları ölkə miqyasında iğtişaşlar və polislə şiddətli toqquşmalarla müşayiət olunur.

Hurriyyet.net  xəbər verir ki, nümayişlərə miqrantlar, anarxistlər və digər marqinal qruplar da qoşulub. Ölkə üzrə 1000-dən çox məktəbdə tədris dayandırılıb, küçələrdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir.

Etirazçıların əsas tələbləri təhsilə ayrılan büdcənin artırılması, müəllimlərin iş yükünün azaldılması (siniflərdə şagird sayının kiçildilməsi), məktəb binalarının təmiri, abituriyentlərin ali məktəblərə müraciət etdiyi "Parcoursup" sistemindəki problemlərin həlli və qeydiyyat rüsumlarının ləğv edilməsidir.

Fransa hökuməti etirazçıların tələblərinə qarşılıq olaraq ilk güzəştlərə gedib — məktəb şuralarının nümayəndələri təhsil naziri ilə görüşüblər və hakimiyyət qəbul zamanı tələb olunan məcburi ödənişlərin bir hissəsini ləğv edib. Lakin bu addımlar nümayişçiləri qane etməyib. Ölkədə məktəb binalarının yandırılması halları davam edir, jandarma qüvvələri isə gənclərə qarşı xüsusi vasitələrdən istifadə edir.

Son məlumatlara əsasən, iğtişaşlar zamanı saxlanılanların sayı 5 min nəfərə çatır. Onlarla şəxs ağır xəsarətlər alıb — xəsarət alanlar arasında polisin atdığı qumbara nəticəsində əli qopan 15 yaşlı yeniyetmə də var.