Məktəblilərin qəzaya düşdüyü avtobusun görüntüləri - VİDEO
2022-06-13 09:31:00
Dünən Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, Bakının Günəşli massivində yerləşən 279 nömrəli məktəbin müəllim və şagird heyəti olduğu avtobus qəzaya düşüb. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan 10-u Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.
Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.
Baku TV hadisə yerindən yeni görüntülər əldə edib.
Həmin görüntüləri təqdim edirik: