Məleykə Abbaszadə heç kimi işdən çıxarmayıb - RƏSMİ
2026-11-21 18:13:10
Bakı Dövlət Universiteti (BDU) rektor Məleykə Abbaszadənin vəzifəsinin icrasına başladıqdan sonra işdən azad olunma və ya təyinatla bağlı hər hansı əmr imzalamadığını bildirib.
Modern.az xəbər verir ki, universitet açıqlamasında Məleykə Abbaszadənin noyabrın 19-da kollektivə təqdim olunduğunu xatırladıb.
“BDU ilə bağlı məlumatları yayımlamazdan əvvəl universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”, – açıqlamada bildirilib.