📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məleykə Abbaszadədən valideynlərə MÜRACİƏT

2026-05-06 14:34:22

Məleykə Abbaszadədən valideynlərə MÜRACİƏT

"Uşaqlarınız həssas bir dövrdən keçir. Onlar tələbəlik və ya hərbi xidmətlə bağlı stress yaşayırlar. Valideynlər isə imtahan nəticələrinə görə onlara əlavə təzyiq göstərirlər".

Bunu "ASAN Radio"ya açıqlamasında DİM sədri Məleykə Abbaszadə deyib.

"Uşaqlar gözləyir ki, ixtisas seçimi zamanı onların istəkləri nəzərə alınsın və onlara dəstək olunsun. Əgər uşağınız yaxşı nəticə əldə etməyibsə, onun dəyərini aşağı salmayın. Əksinə, ona dəstək olun və motivasiya verin", - o bildirib.