📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Melikyan Paşinyanı Azərbaycanla bağlı çıxışına görə TƏNQİD etdi

2023-10-18 13:53:35

Melikyan Paşinyanı Azərbaycanla bağlı çıxışına görə TƏNQİD etdi

Hüquq müdafiəçisi Ruben Melikyan Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını tənqid edib.

Hurriyyet.az erməni mediasına istinadən xəbər verir ki, o, həmin çıxışın sözün əsl mənasında Azərbaycanı Ermənistana hücum etməyə çağırış olduğunu söyləyib.

“Yaxşı, savadlı düşmən çətin ki, bu dəvəti rədd etsin, çünki bundan imtina ən azı mədəniyyətsizlik olardı. Bu vəziyyətdən yalnız bir çıxış yolu var: İrəvanın mərkəzində təcili mitinq - azı 3-4 min nəfərin iştirakı ilə, 8-10 ruhlandırıcı çıxış, mitinqdən sonra güclü yürüş və xainin istefasını tələb etmək. Mən başqa çıxış yolu görmürəm”, - deyə R.Melikyan qeyd edib.

Musavat.com