📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Melitopolda güclü partlayış, yaralılar var

2022-10-25 11:14:00

Melitopolda güclü partlayış, yaralılar var

Ukraynanın Zaporojye vilayətinin Melitopol şəhərində güclü partlayış baş verib.

Hurriyyet.az-ın məlumatına görə, şəhərdə avtomobilin partladığı bildirilir.

Partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Hazırda partlayışın detalları araşdırılır.

Xatırladaq ki, Rusiya ordusu Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyat çərçivəsində Zaporojye vilayətinə nəzarəti ələ keçirib. Sentyabr ayında vilayətdə keçirilən “referendum”dan sonra vilayət Rusiyanın tərkibinə qatılıb. 

qafqazinfo.az