📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi qüvvədə saxlanılır - DİN

2022-03-09 20:08:00

Məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi qüvvədə saxlanılır - DİN

Xüsusi karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri ilə bağlı nəzarət profilaktik tədbirlər davam etdirilir.

Bunu Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi deyib ki, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları - mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış "icaze.e-gov.az" portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.