📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məmmədyarov Aronyanla heç-heçə etdi, mərhələ adladı

2021-08-03 00:12:00

Məmmədyarov Aronyanla heç-heçə etdi, mərhələ adladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirib.

36 yaşlı qrossmeysterin "Chessable Masters" adlanan turnirinin təsnifat mərhələsində son qarşılaşmalarına çıxıb. Məmmədyarov XI turda niderlandlı Jorden Van Forestlə qara, XII turda Alireza Firuzca (FIDE) ilə ağ, XIII turda ABŞ təmsilçisi Uesli So ilə qara, XIV turda Levon Aronyanla ağ, sonuncu - XV turda isə norveçli Aryan Tari ilə qara fiqurlarla oynayıb. İlk 4 görüşündən heç-heçə ilə ayrılan Məmmədyarov "8-lik"də yerini təmin edərək, 1/4 finala yüksəlib. Onu növbəti mərhələyə çıxaran heç-heçə məhz Aronyanla görüşdə qeydə alınıb.

14 turdan sonra Azərbaycan təmsilçisi 16 şahmatçı arasında 8,5 xalla 5-ci yerdə gedir. Sonuncu turda o, norveçli Aryan Tari ilə qarşılaşacaq. \\Axar