📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məmura saxta mükafat verən “jurnalist” həbs edildi

2026-03-04 17:29:48

Məmura saxta mükafat verən “jurnalist” həbs edildi

Gədəbəy rayonunda Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis əvəzi Ruslan Mustafayevə bəzi qurumların adından saxta mükafat verən Fəqani Hüseynov həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barəsində 10 sutka həbs qərarı verilib.

Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkələrdə Fəqani Hüseynov adlı şəxs “Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanım”ın adından sözlərindən istifadə edərək Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə “fəxri diplom” təqdim etmişdi.

Görüntülər müzakirələrə səbəb olub.