📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Mən bir çox klubla danışmışam, amma "Spartak"la deyil”

2025-02-05 22:37:54

“Mən bir çox klubla danışmışam, amma

"Zirə"nin vingeri Salifu Sumanın agenti Yusef Mussaid "Spartak"ın müştərisi ilə maraqlanmasına dair xəbərlərə münasibət bildirib.

O, Rusiyanın "Matç TV" kanalına açıqlamasında Moskva klubu ilə hər hansı danışıqları olmadığını deyib.

"Spartak"dan heç kim mənə zəng etməyib. Mən bir çox klubla danışmışam, amma "Spartak"la deyil ".

Suma bu mövsüm bütün turnirlərdə 24 oyunda 6 qol vurub, 4 qolun ötürməsini edib.

“Qartallar” bir neçə gün öncə 21 yaşlı qvineyalı legionerlə müqavilə müddətini 2 illik uzadıb. \\Sportinfo.az