Mən Ərdoğana və Türkiyə hökumətinə göstərdikləri səylərə görə minnətdaram” - Quterreş
2023-05-17 22:57:00
BMT-nin baş katibi Quterreş, “Qara Dəniz Taxıl Təşəbbüsü üçün BMT ilə koordinasiyada çalışaraq, Prezident Ərdoğana və Türkiyə hökumətinə göstərdikləri səylərə görə minnətdaram” deyib.
BMT-nin baş katibi Quterreş Qara dəniz taxıl sazişinin uzadılmasını alqışlayıb. Davamlılığın dünya üçün xeyirli olduğunu vurğulayıb.
O bəyan edib ki, yarımçıq qalan məsələlər var, lakin Rusiya, Ukrayna, Türkiyə və BMT onları həll etməyə davam edəcək.
“Mən Qara Dəniz Taxıl Təşəbbüsü üçün BMT ilə koordinasiyada çalışaraq, Prezident Ərdoğana və Türkiyə hökumətinə göstərdikləri səylərə görə minnətdaram”, - Quterreş bildirib.\\Manşet.Az