📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Mən hazıram” - Zelenski

2022-06-14 22:52:00

“Mən hazıram” - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski bir daha Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu vurğulayıb.

Bu barədə Zelenski Danimarkada media nümayəndələri üçün onlayn mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Rusiya ordusunun dayanıb-dayanmayacağına yalnız bu ölkənin prezidenti qərar verir.

"Rusiya müharibəni bitirmək istəyirsə onlar danışıqlar masası arxasına əyləşməlidirlər. Danışıqlar masası Ukraynasız mümkün deyil. Ona görə də bu birbaşa aparılmalıdır. Biz həm vasitəçilərlə həm də vasitəçilərsiz danışa bilərik. Əgər Rusiya Federasiyası müharibəni bitirməyə və ərazilərimizi tərk etməyə hazırdırsa, mən şəxsən hər an belə formata hazıram", - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, nə qədər çətin olsa da, müharibəni bitirmək üçün bütün imkanlardan istifadə edilməlidir. \\APA