📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Mən xəstəyəm deyə bir çox mövzuya reaksiya verə bilmirəm..." - BƏHRAM BAĞIRZADƏ

2022-01-24 13:19:00

“Mən xəstəyəm deyə bir çox mövzuya reaksiya verə bilmirəm...

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsiylə bağlı müzakirələr davam edir.

Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər səngimək bilmir.

Sosial şəbəkə istifadəçiləri Müşviq Abbasovu boykot etməyə səsləyirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə komandanın adının dəyişdirilməsi məsələsinə qarışmaq istəmədiyini bildirib:

“Mən xəstəyəm deyə bir çox mövzuya reaksiya verə bilmirəm. Söhbət 2000-ci ilin KVN-dən getsəydi, mən cavab verməyə hazır idim. Necə əsrin çempionu olmuşuq, bu barədə danışardım. Sonuncu dəfə 20 il bundan qabaq  KVN-də oynamışam, artıq illərdir oynamıram. Komandanın adının dəyişdirilməsi ilə bağlı oradakı iştirakçılara, təşkilatçılara sual verilməlidir. Müşviqdən soruşun ki, “Ay Müşviq, niyə belə elədin?” O, cavab versə, lap yaxşı olar”.