Mənbə: “İranı Avropaya neft satmağa qoymayacaqlar”
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Avropa ölkələrindən birinin Brüsseldəki missiyasındakı diplomatik mənbə Rusiyaya pilotsuz təyyarələrin tədarükünə görə İrana qarşı Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların artıq Tehranla nüvə sazişini və İran neftinin Avropa bazarına idxalını bərpa etmək imkanlarını faktiki olaraq dəfn etdiyini bildirib.
Mənbə deyib: "Yeni sanksiyaların tətbiqi əslində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) geri qayıdışına ümidləri azaldıb. Bu planın bərpası İran neftinin və neft məhsullarının Aİ-yə tədarükünə qoyulan qadağanı aradan qaldırmağa imkan verəcəkdi".
Bəlli olduğu kimi, bu gün Brüsseldə Aİ liderlərinin sammiti işə başlayacaq. Diplomat bildirib ki, çərşənbə günü Avropa İttifaqının 27 ölkəsinin səfirləri “bu həftə başlanandan bəri Aİ-nin İrana qarşı hazırladığı ikinci sanksiyalar paketi haqqında razılığa gəliblər" və həmin paketin bu gün təsdiqlənməsi gözlənilir.
Hürr Tərcüman