📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mənbə: “Japarov Putini tək qoymayacaq”

2023-04-25 11:43:00

Mənbə: “Japarov Putini tək qoymayacaq”

Hurriyyet.az xəbər verir ki, mayın 9-da Qələbə günü münasibətilə Moskvada keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcək yeganə xarici lider Qırğızıstan Prezidenti Sadır Japarov olacaq. Bu barədə “Vedomosti” nəşrinə Prezident Administrasiyasına yaxın diplomatik mənbədən məlumat veriblər.

Sadır Japarovu Rusiyaya səfər eləməyə martın 31-də Baş nazirin müavini Aleksey Overçuk dəvət edib – o, hökumətdə diplomatik münasibətlər üzrə məsul şəxsdir.

Overçuk Qırğızıstan Prezidenti ilə görüşü zamanı deyib: “8-9 may tarixlərində sizin rəsmi səfərinizi gözləyirik. Qələbə günü bizim ümumi bayramımızdır. Biz Qırğızıstanın bu qələbədəki və Moskvanın müdafiəsindəki rolunu unutmuruq və bu, bizim üçün müqəddəsdir”.

Hürr Tərcüman