📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mənbələr: “Ərdoğan Ukraynaya sülh üçün gedib”

2022-08-18 12:57:00

Mənbələr: “Ərdoğan Ukraynaya sülh üçün gedib”

A Haber: “Ərdoğan Zelenskiyə Putinlə görüşməyi təklif edəcək”

Hurriyyet.az xəbər verir ki, Türkiyə mətbuatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya Rusiya ilə sülh danışıqlarının təşkil edilməsi təşəbbüsü ilə getdiyi barəsində fikirlər səsləndirilir.

Bəlli olduğu kimi, R.T.Ərdoğan Ukraynanın Lvov şəhərində birgünlük işgüzar səfərdə olacaq, orada Ukrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antoniu Quterrişlə üçtərəfli görüş keçirəcək.

Rəsmi açıqlamada bildirilir ki, danışıqların əsas mövzüsu taxıl ixracının reallaşdırılması məsələsinin müzakirəsi və Ukraynadakı vəziyyətin nizamlanması yollarının axtarılması olacaq.

Türkiyənin A Haber telekanalının verdiyi xəbərə görə, Ərdoğan səfər zamanı Zelenskiyə rusiyalı həmkarı Vladimir Putinlə görüş təşkil eləməyi təklif edəcək. CNN Türk kanalı isə mənbələrə istinadla bildirib ki, Putin ilə Zelenski Ukrayna ilə bağlı “yol xəritəsini” müəyyənləşdirmək üçün danışıq apara bilərlər.

Hürr Tərcüman