📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev

2026-08-06 13:58:03

“Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev

“Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, “Türkiye Gazetesi”nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib”.

Hurriyyet.Media  xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

Onun sözlərinə görə, həmin məqalədə ona istinadən verilən bir sıra ifadələr düzgün deyil:

“Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür”.