📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Mənə dedi ki, Qarabağ bu gün ən təhlükəsiz yerdir" - Simonyan

2026-02-14 15:44:54

"Mən Ermənistan Respublikasının maraqlarına əhəmiyyət verirəm, məni maraqlandıran tək şey budur". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

O, 44 günlük müharibədən sonrakı vəziyyətdən də danışıb: "Problemin nə olduğunu bilirsiniz? Biz dedik ki, Rusiya böyük bir ölkədir, nəsə etməliyik. Biz bunu 30 il ərzində etdik. Qarabağ hökuməti bunu etdi. Oradakı lider mənə dedi: "Ermənistan haqqında düşün, 44 günlük müharibədən sonra Qarabağ bu gün ən təhlükəsiz yerdir. Özün haqqında düşün". Onlar yazdılar ki, "Спасибо, Россия"".