📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Məni döydü, yoldaşımın da dişi qırıldı” - Valideyn loqoped-psixoloqdan şikayətçidir

2026-10-03 16:43:27

“Məni döydü, yoldaşımın da dişi qırıldı” - Valideyn loqoped-psixoloqdan şikayətçidir

Loqoped-psixoloq Türkan Mehdizadəyə müraciət edən iki yaşlı uşağın valideynləri ciddi iddia ilə çıxış ediblər.

Hurriyyet.net  xəbər verir ki, sosial şəbəkədə paylaşım edən ata Nahid Eyvazovun sözlərinə görə, T.Mehdizadənin videoçıxışlarını “Tik-Tok”da görüb və əlaqə yaradıblar.

Mübahisə isə övladına göstərilən xidmətdən narazılığa görə başlanıb: “Məni öz işçisi ilə birlikdə döydü. Mən onlara əl qaldırmadım. Hadisə uşağımın gözü qarşısında baş verdi və nəticədə yoldaşımın dişi də qırıldı. Mənə söyüş söydü, mən də onun söyüşünə cavab verdim. İşçisi məni vurdu, amma mən qadın olduğu üçün ona qarşılıq vermədim. Baxın, bura loqoped mərkəzidir. Uşağımı müalicə üçün bura gətirirəm. Uşağım üçün deyir ki, ağırdır, otağa sala bilmərəm. Bildirir ki, qanaxmam var. Mən də deyirəm ki, qanaxman varsa, niyə işə gəlirsən? Bu xidmət üçün 550 manat ödəmişəm, əlavə olaraq 100 manat da vermişəm. Ümumilikdə 650 manat pul ödəmişəm. Amma mənimlə danışıq tərzi belədir”. 

Nahid Eyvazov əlavə edib ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına da müraciət edib. 

İttihamlarla əlaqədar Türkan Mehdizadə ilə əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmədik.

***

Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Yasamal rayonunda yerləşən reabilitasiya mərkəzlərinin birində baş verən insidentlə bağlı ərazi polis şöbəsində araşdırma aparılır.

Tərəflərin ərizə və izahatları alınıb, xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

Lamiyə Məmmədova