📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Məni və yoldaşımı 5 saat yarım gömrükdə gözlətdilər" - Qəzada ölən şəxsin atası

2024-12-26 17:11:30

AZAL-ın təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Anar Babayevin atası Zöhrab Babayev jurnalistlərə açıqlama verib.

Hurriyyet.az xəbər verir ki, o, hava limanında gömrük işçiləri tərəfindən lüzumsuz yerə gözlədildiyini bildirib:

"Mən də, yoldaşım da 5 saat yarım ac vəziyyətdə gömrükdə gözləmişik. Soyuqda bizə işgəncə verdilər. Heç olmasa orada bir otaq yaradın ki, orada oturaq", - deyə Z.Babayev qeyd edib.

Unikal.az