"Mənim pulum burada keçmir..." - Emin Ağalarov
2021-12-11 22:54:00
Dekabrın 10-da Rusiyada Kreml Sarayında məşhur "Золотой граммофон" mükafatının təqdimetmə gecəsi baş tutub.
"Русски радио" şirkətinin təşkilatçılığı ilə 1996-cı ildən keçirilən tədbir Rusiyada ən önəmli mükafatlardan hesab edilir.
Xalq artisti Emin Ağalarov da bu il mükafata layiq görülüb. O, "Отпусти и лети" mahnısına görə mükafatlandırılıb.
Qeyd edək ki, Emin bundan əvvəl "Я лучше всех живу" və "Девочка моя" mahnılarına görə iki dəfə "Золотой граммофон"a layiq görülüb.
Mükafatla bağlı açıqlama verən müğənni:
"Bu, son 10 ildə aldığım üçüncü mükafatdır. Çox dəyərli və nadir bir mükafatdır. Bunu pulla almaq mümkünsüzdür. Baxmayaraq ki, mənim pulum var, amma burada keçmir",- deyə Emin bildirib. \\Sfera.az