Mənzil almaq istəyənlərə pis xəbər: Bəzi evlərə görə ƏDV geri qaytarılmayacaq - VİDEO
2022-05-31 22:10:00
Daşınmaz əmlakın alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin 30%-nin geri qaytarılması hər mənzilə aid edilməyəcək.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında iqtisadçı Radil Fətullayev deyib. O bildirib ki, yeni qaydalar yalnız MTK-lardan alınan mənzillərə şamil ediləcək:“ƏDV-nin qaytarılması yalnız yeni tikili satan MTK-lardan alınan mənzillərə tətbiq edilir. Əgər alıcı MTK-dan mənzil alıb, başqasına satarsa, ƏDV qaytarılmayacaq”.
Ölkə.az