📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məqsəd İranın raket imkanlarını məhv etməkdir - Rubio

2026-03-09 19:12:25

Məqsəd İranın raket imkanlarını məhv etməkdir - Rubio

ABŞ İranın qonşularını və dünyanı raketlərlə təhdid etmək qabiliyyətini məhv etmək yolunda qətiyyətlə irəliləyir.

Modern.az-ın məlumatına görə, bunu dövlət katibi Marko Rubio deyib. O bildirib ki, ABŞ-ın davam edən hava hücumlarının məqsədi İranın ballistik raket ehtiyatını, onları istehsal etmək və atmaq qabiliyyətini məhv etməkdir.

Rubio ABŞ-nin böyük güc və dəqiqliklə irəlilədiyini əlavə edib.