📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Məqsəd İsayevə aylıq 10 min manat – ÖZƏL

2023-06-06 20:12:00

Məqsəd İsayevə aylıq 10 min manat – ÖZƏL

Bugünlərdə "Qəbələ"dən ayrılan Məqsəd İsayev "Zirə"yə keçməyə yaxındır.

Belə ki, 28 yaşlı sol cinah müdafiəçisi tezliklə Bakı təmsilçisi ilə müqavilə bağlayacaq.

İsayev "qartallar"da ayına 10 min manat maaş alacaq. 

Qeyd edək ki, 2021-ci ilin yayından “qırmızı-qara” forma geyinən 29 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb. O, iki mövsüm ərzində 73 matçda 4 qol vurub. İsayev Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib. Müdafiəçi "Qəbələ"nin heyətində Azərbaycan Kubokunun qalibi adını qazanıb. \\Offsideplus.az