Mərakeş ilə İsrail arasında münasibətlər normallaşır
2021-11-23 17:46:00
Hurriyyet.az xəbər verir ki, 2020-ci ilin axırlarında başlanan münasibətləri normallaşdırmaq addımları çərçivəsində Mərakeş dövlətinin qeyri-hökumət təşkilatlarının nümayəndələrindən və jurnalistlərdən ibarət heyətin bazar günü İsrailin Xarici İşlər naziri Yair Lapidin dəvəti ilə ölkəyə səfərə gəldiyi bildirilir.
İsrail mətbuatı Mərakeş heyətinin səfərinin 6 gün davam edəcəyini bildirib.
Mərakeş ilə İsrail 2020-ci il dekabrın 22-də diplomatik münasibətlərin normallaşması barəsində 4 razılaşma imzalayıb. Artıq ölkələr arasında diplomatik əlaqələr qurulub.
Hürr Tərcüman