Mərakeşdə zəlzələ qurbanlarının sayı artıb
2023-09-11 18:40:21
Hurriyyet.az xəbər verir ki, “Röyters” agentliyinin məlumatına görə, Mərakeşdə zəlzələ qurbanlarının sayı 2497 nəfərə çatıb. 2476 nəfər yaralıdır.
Artıq üçüncü gecədir ki, sağ qalan adamlar küçədə yatmalı olurlar. Buna səbəb onların evlərinin dağılmış, yaxud da qəzalı vəziyyətdə olmasıdır.
Hürr Tərcüman.