📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mərakeşli iş adamı Azərbaycan klubuna sahiblənir – ÖZƏL

2023-08-15 19:11:00

Mərakeşli iş adamı Azərbaycan klubuna sahiblənir – ÖZƏL

Mərakeşli iş adamlarından biri Azərbaycanda klub sahibi olacaq.

Biznesmen, Birinci Liqada mübarizə aparan klublardan birinin rəhbəri olacaq.

Belə ki, adı açıqlanmayan şəxsin "İmişli" komandasını satın alacağı gözlənilir. İmişli təmsilçisinin həmin iş adamı tərəfindən 1 milyon manata alınacağı ehtimal olunur.

Ölkəmizə tez-tez səfər edən biznesmenlə AFFA arasında yaxın günlərdə bu barədə görüş keçiriləcəyini də qeyd edək. \\Offsideplus.az