📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Mercedes" işıq dirəyinə çırpıldı: Ana öldü, oğlu ağır yaralandı

2026-08-06 22:22:19

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Məlikumudlu kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Rəşad İsmayılov "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün anası, 1954-cü il təvəllüdlü Güləbatın İsmayılova hadisə yerində ölüb, R.İsmayılov və digər iki sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.