📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mərdəkanda qorxulu anlar - Belaruslu legioner xəstəxanaya aparıldı - VİDEO

2024-09-13 22:09:16

Mərdəkanda qorxulu anlar - Belaruslu legioner xəstəxanaya aparıldı - VİDEO

Premyer Liqanın 6-cı turunun "Araz Naxçıvan" - "Kəpəz" matçında (1:0) qorxulu anlar yaşanıb.

Qarşılaşmanın 93-cü dəqiqəsində qonaqların mərkəz müdafiəçisi Yeqor Xvalko Bəxtiyar Həsənalızadə ilə hava mübarizəsində yerdə qalıb.

Huşunu itirən belaruslu legioner üçün təcili tibbi yardım maşını meydana daxil olub.

Təxminən 2 dəqiqədən sonra özünə gələn futbolçu xəstəxanaya aparılıb.

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

 

XANOĞLAN / SPORTİNFO.AZ