📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Merdən etiraf: Şəhəri ruslara təhvil verdim

2022-02-28 09:29:00

Merdən etiraf: Şəhəri ruslara təhvil verdim

Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərinin meri Gennadi Matseqor şəhəri razılaşma yolu ilə Rusiya hərbçilərinə təhvil verdiyini etiraf edib.

Hurriyyet.az-ın məlumatına görə, mer Rusiya qoşunlarının alay komandirindən səhər saatlarında danışıqlar təklifi ilə bağlı ona zəng gəldiyini bildirib.

“Əks halda, bütün şəhərə basqın ediləcəyini dedi. Mən danışıqlarda iştirak etmək qərarına gəldim. Şəhərdə insan tələfatının və dağıntıların qarşısını almaq üçün danışıqlara getdim”, - deyə Matseqor bildirib.