Mərənd şəhərində kimyəvi hücum nəticəsində iki azərbaycanlı qız ölüb
Mərənd şəhərində kimyəvi hücum nəticəsində iki azərbaycanlı qız ölüb. Belə ki, martın 6-da Güney Azərbaycanın Mərənd şəhərindəki “Həzrəti Ruqəyyə” orta məktəbinə SEPAH terrorçuları tərəfindən kimyəvi hücum edilib. Bu ağır kimyəvi hücumdan sonra bir çox şagird xəstəxanaya aparılıb və iki gün keçməsinə baxmayaraq hələ də xəstəxanadan buraxılmayıblar və vəziyyətlərinin kritik olduğu bildirilir.
Təəssüf ki, sözügedən məktəbin xəstəxanaya yerləşdirilən onlarla şagirdindən ikisi martın 7-də dünyasını dəyişib.
Fatimə Mehdizadə və Şəbnəm Cəmşidi adlı bu iki qız İslam Respublikası terrorunun qurbanı olublar.
Bu iki qızcığazım ölümündən sonra onların ailələrinə xüsusi şəkildə hədə-qorxu gəliblər ki, məsələ heç bir şəkildə ictimailəşdirilməməlidir.
Ülviyyə, Hurriyyet.az