📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mərhum jurnalistin atası vəfat edib

2024-07-18 22:23:46

Mərhum jurnalistin atası vəfat edib

2020-ci ildə koronavirusdan vəfat edən tanınmış jurnalist Rəşad Süleymanovun atası Məhəmməd Süleymanov dünyasını dəyişib.
Hurriyyet.Az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu barədə mərhumun nəvəsi bildirib.
Mərhum Məhəmməd Süleymanov uzun müddət Füzuli rayonundakı orta məktəbdə tarix müəllimi işləyib.
Rəşad Süleymanov dünyasını dəyişəndə “AzeriDefence” jurnalının baş redaktoru və hərbi ekspert kimi fəaliyyət göstərirdi.
O, daha əvvəl "525-ci qəzet", APA İnformasiya Agentliyi və digər KİV-lərdə çalışıb.
Allah rəhmət eləsin...