Merkel erası başa çatdı – Olaf Şolts Almaniyanın yeni kansleri oldu
2021-12-08 14:17:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, bindesliqada keçirilən səsvermə nəticəsində Sosial-Demokrat Partiyasının lideri Olaf Şolts Almaniyanın yeni Kansleri seçilib.
Almaniyada kansler gizli səsvermə ilə seçilir. Birinci turda qələbə qazanmaq üçün səslərin mütləq əksəriyyətini almaq lazımdır. Bu o deməkdir ki, AFR bundestaqında 736 deputatdan 369 nəfəri yeni namizədin lehinə səs verməlidirlər.
Şoltzun sələfi, Xristian Demokrat İttifaqının lideri (2000) Angela Merkel 2005-ci ildən indiyə qədər Almaniya Federativ Respublikasının Federal kansleri olub.
Hürr Tərcüman