📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Merkel Ərdoğanla görüşəcək

2021-10-09 14:30:00

Merkel Ərdoğanla görüşəcək

Hurriyyet.az türk mətbuatına istinadən xəbər verir ki, Almaniyanın Baş naziri Angela Merkel 16 oktyabrda Türkiyəyə səfər edəcək.

Almaniya hökumətinin mətbuat təmsilçisi Şteffen Zaybert paytaxt Berlin şəhərindəki açıqlamasında Almaniya kanslerinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyini bildirib.

 Zaybert deyib: “Türkiyə bizim üçün mühüm və yaxın tərəfdaşdır. Ölkələrimiz bir çox cəhətdən bir-birinə bağlıdırlar”. O, Almaniyanın milyonlarla sakininin ailə köklərinin Türkiyədə olduğunu bildirərək deyib: “Onlar təməldə bu ölkə ilə şəxsi körpülər yaradırlar. Bu səbəbdən Almaniya hökuməti olaraq bizim üçün Türkiyə ilə yaxın, konsturktiv və etibarlı əməkdaşlıq mühümdür. Həmçinin, Türkiyənin geostrateji mövqeyi səbəbindən bizi bir-birimizə bağlayan müxtəlif beynəlxalq məsələlər var. Türkiyə NATO tərəfdaşımızdır”.

Hürr Tərcüman