Merkel Qərbin Əfqanıstanda iflasını etiraf edib - "Biz, acı saatlar yaşayırıq"
Almaniyanın kansleri Angela Merkel avqustun 16-da Xristian-Demokratik İttifaqı (XDİ) rəhbərliyinin toplantısında Qərb koalisiyasının Əfqanıstanda iflasını tanıyıb.
HURRİYYET.org xəbər verir ki, onun AFR kansleri xeyli pessimist əhvalda olub. O, çıxışını bu sözlərlə başlayıb: «Biz, acı saatlar yaşayırıq. İndi biz, xilasa diqqət cəmləməliyik».
Merkel etiraf edib ki, Kabil aeroportundan insanların təxliyəsi Amerika hərbçilərindən asılıdır. ABŞ odusunun çıxarılmasından danışarkən, kansler qeyd edib ki, bunlar ABŞ-ın «daxili-siyasi səbəbləridir», amma ordunun çıxarılmasının ardınca son 20 ilin düzənini dağıdan «domino effekti» baş verib.
«Biz, istərdik ki, demokratik strukturlara malik dövlət quraq. Bu, müyəssər olmadı - Merkel deyib - Əfqan ordusu və xalqı arasında heç bir əlaqə yaranmadı, bu, bizim gözlədiyimiz kimi işləmədi. Biz, digər məqama da diqqət yönəltməliyik; belə müdaxilələrlə nəyə nail olmaq mümkündür? Biz, digər ölkələrə necə siyasi düzən tətbiq edə bilərik?»
Onun fikrincə, bir çox əfqan üçün - «kimlər ki, demokratiya və azadlıq» şüarlarına inanıblar, xüsusilə də qadınlar üçün bu, «acı hadisələrdir».
İclasda iştirak edən və Merkelin davamçısı kimi tanınan Armin Laşet isə qarşıdan gələn həftələr üçün «dəhşətli səhnələr»dən xəbər verib.
«Edamlar» - Laşet dəqiqləşdirib.