📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Merkel sükutu pozdu – O, Ukraynanın yanındadır

2022-06-02 13:04:00

Merkel sükutu pozdu – O, Ukraynanın yanındadır

Almaniyanın sabiq kansleri Angela Merkel uzun sürən susqunluğun ardından Rusiya-Ukrayna müharibəsindən danışıb. O, bu müharibədə Ukrayna ilə həmrəy olduğunu bildirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Merkel kənardan məsləhət verməyəcəyini, amma Almaniya hökumətinin bu vəhşi müharibəyə son qoymaq səylərini dəstəklədiyini söyləyib.

Qeyd edək ki, Merkel Rusiya qazını birbaşa Almaniyaya çatdırmağı hədəfləyən “Şimal axını-2” qaz kəməri layihəsini dəstəklədiyinə görə ABŞ və digərlərinin tənqidinə tuş gəlmişdi.