Mərkəzi Bankın sədrindən manatın məzənnəsi ilə bağlı açıqlama: "Gələn il..."
2022-11-03 23:23:00
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də sabit məzənnə rejiminin tətbiqinə çalışacaq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədri Taleh Kazımov bildirib.
"Növbəti ilin dövlət büdcəsi hazırlanarkən də ABŞ dollarının məzənnəsi 1,7 manatdan götürülüb. Məzənnənin sabitliyi makroiqtisadi sabitlik üçün vacibdir", - deyə o, qeyd edib.
Xatırladaq ki, Azərbaycanda 7 mart 2018-ci ildən bəri milli valyutasının məzənnəsi dəyişməyib. \\Pravda.az