📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mərkəzi bazar yandı

2022-08-13 10:00:00

Mərkəzi bazar yandı

Neftçala rayonunda mərkəzi bazarda yanğın hadisəsi baş verib.

Hurriyyet.az “Report”-a istinadən xəbər verir ki, hadisə gecə saat 03:30 radələrində qeydə alınıb.

Belə ki, rayonun mərkəzi bazarında yanğın başlayıb. Qısa müddətdə alovun əhatə dairəsi daha da genişlənib.

Bu barədə məlumat daxil olan kimi hadisə yerinə FHN-nin Neftçala Yanğından Mühafizə hissəsinə məxsus dörd yanğınsöndürən maşını və xeyli canlı qüvvə cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib, yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı mərkəzi bazarın 100 kvadratmetr hissəsi yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.