📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Mərkəzi oteldə qanlı yanğın: Ölənlər arasında xarici vətəndaşlar və uşaq var

2026-08-19 18:38:39

Mərkəzi oteldə qanlı yanğın: Ölənlər arasında xarici vətəndaşlar və uşaq var

Hindistanın Kalkutta şəhərinin mərkəzində yerləşən otellərdən birində gecə saatlarında kütləvi yanğın baş verib.

Hurriyyet.media  xəbər verir ki, dəhşətli insident nəticəsində azı 9 nəfər həlak olub, daha 6 nəfər playsız xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn xilasetmə və yanğınsöndürmə briqadaları bina sakinlərini təxliyə etməyə müvəffəq olublar. Yanğınsöndürmə idarəsinin nümayəndələri ölənlərin kimliyinin dəqiqləşdirildiyini bəyan ediblər.

Məlumata görə, həlak olanlar arasında Hindistan və Banqladeş vətəndaşları, həmçinin bir uşaq da var.

Hadisənin başvermə səbəbləri hələlik tam müəyyən edilməyib, ərazidə axtarış və təhqiqat işləri davam etdirilir.