“Mərmi sayına görə 3-5 dəfə geri qalırıq”- 11-ci Ramştaynda Ukrayna nə tələb edəcək?
Məlum olduğu kimi, aprelin 21-də 11-ci Ramştayn görüşünün təşkil olunacağı gözlənilir.
Hurriyyet.az xəbər verir ki, Ukraynanın bu görüşdə Qərb tərəfdaşlarından hansı silahları istəyəcəyi bəlli olub.
Ukrayna təhlükəsizlik və əməkdaşlıq mərkəzinin rəhbəri Sergey Kuzan deyib ki, növbəti görüşdə rəsmi Kiyev əsas diqqəti Ukraynaya hərbi aviasiya və uzaq mənzilli silahlar verilməsi üzərində cəmləşdirəcək.
O, bildirib ki, “HİMARS”-ların verilməsindən sonra Rusiya ordusu öz hərbi anbarlarını və idarəetmə mərkəzlərini cəbhədən 100 kilometr aralıya çəkməyə məcbur olub. İndi isə Ukraynaya daha uzun mənzilli raketlər lazımdır ki, Rusiya ordusunun logistikası daha da çətinləşsin və bütün Donbas ərazisi boyu rusların silah anbarlarını və təchizat xətlərini vurmaq mümkün olsun.
Bununla yanaşı, S.Kuzan deyib ki, Ukraynanın artilleriya mərmilərinə böyük ehtiyacı var: “Artilleriya mərmilərinin sayına görə biz rusiyalılardan 3-5 dəfə geri qalırıq. Yəni, bu məsələdə paritet hələ də əldə olunmayıb. Buna görədə Qərbdəki tərəfdaşlarımızın toparlanmasını istəyirik. O cümlədən də bu gün hərbi aviasiya bizim üçün olduqca önəmlidir”.
Azpolitika.info