Məsciddə PARTLAYIŞ - 50 nəfərə qədər insan öldü
2022-04-29 22:00:00
Əfqanstanın paytaxtı Kabildə məsciddə partlayış olub.
Hadisə nəticəsində 50-dək insan ölüb.
Əfqanıstan mətbuatının verdiyi məlumata görə, partlayış Dar-ül-Aman küçəsi yaxınlığındakı Xəlifə Sahib məscidində namazdan sonra baş verib.
Taliban hərəkatının yaratdığı müvəqqəti hökumət partlayışı pisləyib.
Qeyd olunub ki, müqəddəs Ramazan ayında bu cür hadisənin baş verməsi yolverilməzdir. \\AZİNFORM.AZ